Oana

Türkiyənin ilk silahlı pilotsuz dəniz vasitəsi ULAQ-ın seriya istehsalına başlanılıb

İstanbul, 10 avqust, AZƏRTAC

Sınaq və təlimlərdəki müvəffəqiyyəti ilə diqqət çəkən Türkiyənin ilk silahlı pilotsuz dəniz vasitəsi (SİDA) ULAQ-ın seriya istehsalına başlanılıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin müdafiə sənayesinin əsas şirkətlərindən olan “Meteksan” və “Ares” Gəmiqayırma Zavodu tərəfindən ölkənin ilk SİDA-sı olan ULAQ layihəsi uğurla tamamlanıb. Bunun ardınca adıçəkilən dəniz vasitəsinin daha təkmilləşdirilmiş versiyasının istehsalına başlanılıb.

2018-ci ildən həyata keçirilməyə başlanılan layihənin 2020-ci ildə dəniz və quru sınaqlarına start verilib. ULAQ 2021-ci ildə Türkiyədə keçirilən təlimlərdə təqdim edilən texnikaların sırasına əlavə olunub.

Prototip formatda istehsal edilən və uzunluğu 11 metr olan ULAQ uzaqdan idarəedilən qayıqdan daha çox, öz-özünü idarə edən nəqliyyat vasitəsidir.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email