Oan

Türkiyə sərhədlərini keçməyə cəhd göstərən 192 nəfər saxlanılıb

stanbul, 11 avqust, AZƏRTAC

Son 40 gün ərzində Türkiyənin Ədirnə, Hatay, Şanlıurfa və Mardin vilayətlərində qanunsuz yollarla ölkə sərhədini keçməyə cəhd göstərən 192 nəfər saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, saxlanılan şəxslərdən 75-nin FETÖ, 28-nin PKK/KCK/YPG, 1-nin DHKP-C, 1-nin isə İŞİD terror təşkilatının üzvü olduğu müəyyən edilib.

Onların arasında vəzifəsindən kənarlaşdırılan müəllimlər, mühəndislər, həkimlər, media mənsubu və hərbçilər də var.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email