Oan

Qazaxıstan atleti Mixail Litvin “Konya-2021”də 400 metr məsafəyə qaçış yarışlarında qızıl medal qazanıb

Konya, 11 avqust, Səxavət Quliyev, AZƏRTAC

Qazaxıstan atleti Mixail Litvin Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında 400 metr məsafəyə qaçış yarışlarında birinci olub.

AZƏRTAC xəbər verir ki, Konya Atletika Arenasında keçirilən yarışda atlet məsafəni 45,36 saniyəyə qət edib.

Səydiyyə Ərəbistanı təmsilçiləri Yusif Masrahi və Mazen Al-Yasen ilk üçlükdə yer alıblar.

Qeyd edək ki, Azərbaycan yığması Oyunlarda 13 medal qazanıb. Təmsilçilərimiz medallarını 4 növdə – güləş (3 qızıl, 2 gümüş, 1 bürünc), taekvondo (1 qızıl, 1 gümüş, 2 bürünc), atletika (1 qızıl, 1 gümüş) və idman gimnastikasında (1 gümüş) əldə ediblər.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email