16603167375208344506 1000x669

Şimali Kipr Respublikası ilə ölkəmiz arasında əməkdaşlıq qadın sahibkarlığın inkişafına dəstək verəcək

Bakı, 12 avqust, AZƏRTAC

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayevanın rəhbərliyi ilə bir qrup sahibkar xanım Şimali Kipr Türk Respublikasında səfərdə olub.

Səfər çərçivəsində AQSİA nümayəndə heyəti bu ölkənin prezidenti Ersin Tatarla və bir sıra dövlət adamları ilə görüşüblər. İşgüzar səfər zamanı AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva ilə Kipr Girişimçi Kadın Dərnəyinin (GİKAD) rəhbəri İçim Çağıner Kavuklu əməkdaşlıq memorandumu imzalayıblar.

Bu barədə AQSİA rəhbəri Səkinə Babayeva AZƏRTAC-a müsahibəsində deyib.

S.Babayeva qeyd edib ki, imzalanan memorandum iki ölkənin qadın sahibkarları arasında əlaqələri genişləndirəcək, birgə layihələrin həyata keçirilməsinə təkan verərək qadın sahibkarların şəbəkələşməsinə böyük töhfə verəcək: “Bu həm ölkəmizdə, həm də qardaş Şimali Kipr Respublikasında qadın sahibkarlığının inkişafına dəstək verəcək faktor rolunda çıxış edir. Eyni zamanda, ölkələrimiz arasında biznes mübadiləsinin genişlənməsinə təsir göstərəcək.

Bu kimi əməkdaşlıq və dostluq münasibətləri Türk birliyi və həmrəyliyi üçün vacib mühüm əhəmiyyətə malikdir. AQSİA üzvlərinin bu ölkəyə səfəri Prezident İlham Əliyevin Şimali Kipr Respublikasının prezidenti Ersin Tatarı qəbul etdiyi ərəfəyə təsadüf etməsi isə qadın sahibkarlar üçün həm ikiqat məsuliyyət, həm də qürurludur”.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email