Oan

Türkiyə Prezidenti: Pelosinin məlum səfəri ilə Qafqazdakı proseslərə zərbə vurmağa nə gücü, nə də imkanı var

Ankara, 23 sentyabr, AZƏRTAC

Pelosinin məlum səfəri ilə Qafqazdakı proseslərə zərbə vurmağa nə gücü, nə də imkanı var. İnanıram ki, o, başqa bir çox yeri də rahatsız edib. Bunu qabartmağa ehtiyac yoxdur. İndi biz də bəzi hazırlıqlar görürük. Buradan döndükdən sonra lazımi addımları atacağıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkdakı Türk Evində jurnalistlərlə görüşündə ifadə edib.

Qarşıda Praqada təşkil olunacaq Sammitə qatılacağını diqqətə çatdıran Türkiyə dövlətinin başçısı bildirib ki, Paşinyanın da bu toplantıya qatılmaq niyyəti var. Ermənistan baş nazirinin əvvəllər “Orada görüşə bilirikmi?” fikrində olduğunu xatırladan Prezident Rəcəb Tayyib Ərdoğan deyib: “Bəlkə onunla orada bu məsələləri müzakirə etmək imkanımız olur. Bu məsələlərlə bağlı Qafqazda bəzi səylərimiz olacaq. Onları hazırda, sadəcə, planlaşdırma prosesindəyik. Hörmətli qardaşım İlham Əliyevlə müzakirə edib addımlarımızı atacağıq”.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email