Oan

Türkiyədə törədilən terror aktı nəticəsində bir polis əməkdaşı həlak olub

Ankara, 27 sentyabr, AZƏRTAC

Türkiyənin Mersin vilayətinin Mezitli rayonunun Deniz məhəlləsində yerləşən Polis Evində terror aktı törədilib.

AZƏRTAC xəbər verir ki, sentyabrın 26-da Türkiyə vaxtı ilə 22:42 radələrində Polis Evini mühafizə edən polis əməkdaşlarına silahlı hücum olub. Nəticədə iki qadın terrorçu ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında atışma baş verib.

İlkin məlumata görə, yaralı halda ələ keçəcəklərini düşünən qadın terrorçular özlərini partladıblar.

Terror nəticəsində bir polis həlak olub, digəri yaralanıb.

Daxili işlər naziri Süleyman Soylu yerli hakimiyyət orqanlarının rəhbərləri ilə birlikdə terror aktı törədilən əraziyə gəlib. Nazir əminliklə bildirib ki, terrorçularla əlaqəsi olan şəxslər ən qısa zamanda aşkar olunacaq.

Xatırladaq ki, sentyabrın 26-da Türkiyənin təhlükəsizlik qüvvələri Mersində İŞİD terror təşkilatına qarşı geniş miqyaslı antiterror əməliyyatı keçirib və 8 şübhəli həbs edilib.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email