Oan

Türkiyənin Bursa vilayətinin İznik rayonunda IV Dünya Köçəri Oyunlarının rəsmi açılış mərasimi olub

Azərbaycan Oyunlarda böyük heyətlə təmsil olunur

İznik (Türkiyə-Bursa), 30 sentyabr, AZƏRTAC

Türkiyənin Bursa vilayətinin İznik rayonunda IV Dünya Köçəri Oyunlarının rəsmi açılış mərasimi olub. Azərbaycan Oyunlardan böyük heyətlə təmsil olunur.

AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçı ölkələrin keçidi olub.

Məlumat verilib ki, oktyabrın 2-də təntənəli bağlanış mərasimi ilə başa çatacaq Oyunlarda dörd gün ərzində 102 ölkədən 3 mindən artıq idmançı çempionluq uğrunda mübarizə aparacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimindəki çıxışında Oyunların türk dünyasının birliyinə və həmrəyliyinə təsirindən bəhs edib. Dövlət başçısı diqqətə çatdırıb ki, ilk üç oyunlara Qırğızıstanın ev sahibliyi etdiyi IV Dünya Köçəri Oyunlarını keçirməkdə məqsəd zəngin mədəniyyətimiz, tariximizi, ənənə və dəyərlərimizi tərənnüm etməkdir.

Sonra “Mehdəran” qrupunun ifası təqdim olunub.

Rəsmi açılışın təntənəli hissəsində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən təşkil olunan tarixi, bədii, musiqili, mədəni proqram nümayiş olunub. Azərbaycan mərasimin bu hissəsində nümunəvi mədəniyyət proqramı ilə iştirak edib.

Xatırladaq ki, Bursa 2022-ci ildə türk dünyasının mədəniyyət paytaxtı olduğu üçün IV Dünya Köçəri Oyunları özünə daha böyük cəlbedicilik yaradıb. Əminliklə deyə bilərik ki, Azərbaycanın da böyük heyətlə iştirak edəcəyi IV Dünya Köçəri Oyunları yenidən dünyanın diqqətini qardaş Türkiyəyə yönəldib.

Azərbaycan Oyunlarda idmançılarının gücü ilə bərabər, zəngin mədəniyyət nümunələrini də nümayiş etdirmək fürsəti qazanıb.

Rəsmi açılış mərasimi rəngarəng atəşfəşanlıqla sona çatıb.

Qeyd edək ki, açılış gününün şərəfinə Türkiyə Hərbi Hava Qüvvələrinin “Türk Yıldızları” Bursa səmalarına nümunəvi uçuşlar həyata keçiriblər.

IV Dünya Köçəri Oyunlarının keçirildiyi şəhərcikdə iştirakçı tərəflər üçün öz mədəniyyətlərini və tarixlərini tərənnüm etmək üçün bölmələr yaradılıb. Dörd gün ərzində bu bölmələr fəaliyyət göstərəcək.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email