Oan

Türkiyə – Azərbaycan matçında qalib müəyyənləşməyib

Bakı, 30 sentyabr, AZƏRTAC

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, Türkiyənin müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirilmiş qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında iki gün əvvəl keçirilən oyun Türkiyə millisinin 3:1 hesablı qələbəsi ilə nəticələnmişdi.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email