Oana

Türkiyədə baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 68-ə yüksəlib

İstanbul, 23 noyabr, AZƏRTAC

Türkiyənin Düzce vilayətində baş verən 5,9 bal gücündə zəlzələ nəticəsində xəsarət alanların sayı 68-ə yüksəlib. Onlardan birinin vəziyyəti ağırdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir 28 yaşlı Əfqanıstan vətəndaşının zəlzələ zamanı birinci mərtəbədən yıxılaraq beyin qanaması keçirdiyini, süni nəfəs aparatına qoşulduğunu və vəziyyətinin ağır olduğunu deyib.

Qeyd edilib ki, son məlumatlara əsasən, 68 yaralı var. Bunlardan 26-sı xəstəxanada müalicə olunur. Ağır yaralılardan başqa vətəndaşların ümumi vəziyyəti yaxşıdır, ciddi problemi yoxdur.

Xatırladaq ki, yerli vaxtla saat 04:08-də Türkiyənin Düzce vilayətində 5,9 bal gücündə zəlzələ olub.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email