16693577833305551916 1000x669

Prezident İlham Əliyev: Karbohidrogen ehtiyatlarının nəqli marşrutları Xəzər regionundakı ölkələrə daha yaxşı inteqrasiya olunma imkanı yaradacaq

Bakı, 25 noyabr, AZƏRTAC

Hesab edirəm ki, karbohidrogen ehtiyatlarının nəqli üçün istismarda olan marşrutlar Xəzər regionunun bütün ölkələrinə daha inteqrasiya edilmiş vəziyyətdə olmağa imkan verəcək.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” adlı beynəlxalq konfransın açılışındakı çıxışında deyib.

Azərbaycanın Türkmənistan ilə əməkdaşlığının uzun tarixi olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Bu gün Azərbaycan Türkmənistandan yüklərin tranziti üçün geniş imkanlar təqdim edir. Ələtdəki dəniz limanının ərazisində Türkmənistandan göndərilən yüklər üçün xüsusi yer ayrılıb”.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email