16694513402716058825 1000x669

Qazaxıstan parlamentinin yuxarı palatasına seçkilər gələn il yanvarın 14-də keçiriləcək

Bakı, 26 noyabr, AZƏRTAC

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Parlament Senatına (Qazaxıstan parlamentinin yuxarı palatası) seçkilərin 2023-cü il yanvarın 14-nə təyin edilməsi haqqında fərman imzalayıb.

AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, bu barədə şənbə günü dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

“Qazaxıstan Respublikasının Parlament Senatına seçkilər 2023-cü il yanvarın 14-nə təyin edilsin. Ölkə hökuməti, Astana, Almatı və Şimkent şəhərlərinin akimləri (administrasiya rəhbərləri), regionlarda deputat seçkilərinin təşkili, maddi-texniki və maliyyə dəstəyi üçün tədbirlər görsünlər”, – deyə fərmanda bildirilir.

Qazaxıstan Konstitusiyasının 44-cü maddəsinin 2-ci yarımbəndinə əsasən, Parlament Senatı üzvlərinin səlahiyyət müddəti 2023-cü ildə bitir.

Kasım-Jomart Tokayev noyabrın 26-da, həmçinin Qazaxıstan Respublikası Prezidentinin seçki proqramının həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında və 2023-2027-ci illər üçün Qazaxıstan Respublikasının kənd ərazilərinin inkişafı Konsepsiyası haqqında fərmanlar imzalayıb.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email