16696191995751018676 1000x669

“Mərmər soyuğu” filmi mükafata layiq görülüb

Bakı, 28 noyabr, AZƏRTAC

Rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” filmi “PÖFF Tallinn Black Nights” festivalında mükafata layiq görülüb.

AZƏRTAC xəbər verir ki, Xalq artisti Qurban İsmayılov filmdəki roluna görə “Ən yaxşı aktyor” nominasiyasında mükafatlandırılıb.

Ekran əsərinin baş prodüseri Arzu Əliyeva, rejissoru Asif Rüstəmov, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasovdur. Prodüserlər Fariz Əhmədov, Balakişi Qasımov, Orman Əliyev və Guillaume de Seille, həmçinin kreativ prodüser İradə Bağırzadə, ssenari müəllifləri Asif Rüstəmov və niderlandlı həmkarı Roelof Jan Minneboo, eləcə də quruluşçu rəssam Rafiq Nəsirovdur.

Əsas rollarda Xalq artisti Qurban İsmayılov, aktyorlar Elşən Əsgərov və Natavan Abbaslı çəkiliblər.

Qeyd edək ki, filmdə uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edilir. Həbs həyatından sonra evə qayıdan ata müxtəlif yollarla oğlunun həyatına müdaxilə etməyə çalışır.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email