Oan

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu iki mədəniyyət paytaxtını bir araya gətirir

Bakı, 29 noyabr, AZƏRTAC

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Macarıstanın ölkəmizdəki səfiri Tamaş Yojef Torma ilə görüşüb.

Fonddan AZƏRTAC-a bildirilib ki, görüşdə Günay Əfəndiyeva rəhbərlik etdiyi qurum tərəfindən yaxın zamanlarda həyata keçiriləcək tədbirlərdən, təşkilatın üzv və müşahidəçi dövlətlərini əhatə edən çoxəsirlik türk mədəniyyətinin qorunmasına yönəlmiş gələcək layihələrdən, eləcə də Macarıstan ilə mümkün yeni əməkdaşlıq istiqamətlərindən bəhs edib.

Səfiri Tamaş Yojef Torma Avropanın 2023-cü il üçün mədəni paytaxtlarından biri olan Macarıstanın Vezprem şəhəri və Türk dünyasının 2023-cü il üzrə mədəniyyət paytaxtı olan Azərbaycanın Şuşa şəhəri arasında əlaqələrin gücləndirilməsi məqsədilə bir sıra qarşılıqlı səfər və tədbirlərin keçirilməsi planları haqqında məlumat verib, həmçinin Fondu bu proseslərə dəstək verməyə dəvət edib.

Bununla yanaşı, görüşdə Fond və Macarıstan arasında qədim türk mədəniyyəti və irsinin təbliğ edilməsi istiqamətində birgə əməkdaşlığın genişləndirilməsi, eləcə də digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email