Oan

Rusiya, Qazaxıstan və Özbəkistan “qaz ittifaqının” yaradılması imkanını müzakirə edir

Bakı, 29 noyabr, AZƏRTAC

Rusiya Baş nazirinin müavini Aleksandr Novak Moskva, Astana və Daşkənd arasında “üçlü qaz ittifaqının” yaradılması imkanlarının müzakirə edildiyini təsdiqləyib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Aleksandr Novakın sözlərinə görə, qaz ittifaqı mavi yanacağın daşınmasını, ixracatını, emalını və kooperasiyanın digər formalarını əhatə edəcək.

“Rusiya, Qazaxıstan və Özbəkistan SSRİ dövründən vahid qaz nəqli sisteminə malikdir. Bizim təbii qazın tədarükü və emalı, həmçinin digər istiqamətlərə çatdırılması sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirmək üçün böyük imkanlarımız var”, – deyən Aleksandr Novak Çinin bu istiqamətlərdən biri ola biləcəyini vurğulayıb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Moskvaya dünənki səfəri zamanı bu məsələni rusiyalı həmkarı Vladimir Putinlə müzakirə edib. Prezidentlər “üçtərəfli qaz ittifaqının” rasional həllini tapmaq üçün üç ölkənin ekspertlərinin iştirakı ilə ətraflı danışıqlar aparmağın lazım olduğunu bildiriblər.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email