Bakı, 19 dekabr, AZƏRTAC
Türkiyənin Ege Universitetinin Kənd Təsərrüfatı fakültəsinin nümayəndələri professorlar Harun Yalçın, Arif Behiç Tekin və Aykut Güvensen Botanika İnstitutunda olublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüşdə tərəflər elmi əməkdaşlıq əlaqələrinin qurulması, Azərbaycanda biomüxtəlifliyin öyrənilməsi üzrə birgə tədqiqatların aparılması, faydalı dərman, efir yağlı, texniki, yem bitkilərinin istifadəsi və müştərək layihələrin təşkilinə dair bir sıra məsələləri müzakirə ediblər.
İnstitutun əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirən qonaqlar gələcəkdə elmi əlaqələrin qurulması üçün imkanlar olduğunu vurğulayıblar.
Görüşdə Botanika İnstitutunun baş direktoru Səyyarə İbadullayeva, icraçı direktoru Şakir Qasımov, Sistematika və biomüxtəliflik, Geobotanika şöbələrinin rəhbərləri Aydın Əsgərov, Naibə Mehdiyeva iştirak ediblər.