16147560586136030463 1000x669

Anar Kərimov: Türkiyə ilə əməkdaşlıq əlaqələrini daha da genişləndirmək niyyətindəyik

Ankara, 3 mart, AZƏRTAC

Türkiyə Respublikasına səfərimiz səmərəli oldu. Ankarada keçirdiyimiz görüşlərdə Azərbaycan və Türkiyə arasında mədəniyyət sahəsində əməkdaşlıq əlaqələrini genişləndirmək, eləcə də incəsənət, muzey, kitabxanaçılıqla bağlı təcrübə mübadiləsi üçün faydalı müzakirələr apardıq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov bildirib.

Türkiyəli həmkarı Mehmet Nuri Ersoy ilə görüşdə aparılan müzakirələr nəticəsində mədəniyyət sahəsində əməkdaşlıq əlaqələrinin yeni bir keyfiyyət mərhələsinə yüksəltmək barədə qərar qəbul olunduğunu diqqətə çatdıran nazir Anar Kərimov deyib ki, Azərbaycan-Türkiyə birinci birgə Mədəniyyət Komissiyanın iclasından sonra imzalanan iki sənəd əlaqələrin faydalı və səmərəli inkişafına təkan verəcək.

Qeyd edək ki, Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada bir sıra ikitərəfli görüşlər keçirib, o cümlədən ölkəmizin Türkiyədəki səfirliyində və TÜRKSOY-da tədbirlərdə iştirak edib.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email