16148728804760037963_1000x669

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb

Ankara, 4 mart, AZƏRTAC

Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi helikopter Bitlis vilayətində qəzaya uğrayıb.

AZƏRTAC xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Qəza nəticəsində 9 hərbçi şəhid olub, 4-ü xəsarət alıb.

Hadisə yerinə xilasedici dəstələr cəlb olunub.

Qəzanın səbəbi barədə hələlik məlumat verilməyib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email