16276347572647554538 1000x669

Baş verən yanğınlar nəticəsində Antalyada indiyədək 2300 tikili zərər görüb

İstanbul, 30 iyul, AZƏRTAC

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli, ətraf mühit və şəhərsalma naziri Murat Kurum və nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu ölkənin müxtəlif bölgələrində baş verən yanğınlarla bağlı birgə açıqlama veriblər.

AZƏRTAC xəbər verir ki, açıqlamada hazırda davam edən yanğınların söndürülməsi istiqamətində ciddi irəliləyişlərin olduğu bildirilib.

Qeyd olunub ki, ölkəni əhatə edən yanğınların baş vermə səbəbləri araşdırılır. Hələ ki, yanğınların qəsdən törədilməsi ilə bağlı dəqiq bir məlumat yoxdur. Keçən il Türkiyədə üç min yanğın faktı qeydə alınıb ki, bu yanğınlar nəticəsində 20 min hektar ərazi məhv olub. Hazırda havada neçə vasitənin söndürmə işlərində iştirak etdiyi deyil, nə qədər suyun səpildiyi daha vacibdir. Bunun üçün bütün imkanlar səfərbər olunub. Üç təyyarə, doqquz İnsansız Hava Vasitəsi (İHA), insansız helikopter, bir su tankı, 38 helikopter, 680 yanğınsöndürmə maşını, 55 iş maşını və 4 min nəfərlik heyətlə yanğının söndürülməsi işləri davam edir.

İlkin araşdırmalara əsasən, baş verən yanğınlar nəticəsində Antalyada bu vaxtadək 2300 tikili zərər görüb. Araşdırmalar davam edir.

Xatırladaq ki, indiyədək 57 bölgədə yanğın nəzarət altına alınıb, dörd nəfər həlak olub.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email