16323902231771038419 1000x669

Qazaxıstanda Dünya və Ənənəvi Dinlər Qurultayının Katibliyinın iclası keçiriləcək

Nur-Sultan, 23 sentyabr, AZƏRTAC

Dünya və Ənənəvi Dinlərin Liderləri Qurultayının Katibliyinın XIX iclası bu ilin oktyabrın 5-6-da Qazaxıstanda keçiriləcək. Koronavirus pandemiyası ilə bağlı vəziyyət nəzərə alınaraq, bu il tədbirin hibrid formatda keçirilməsi nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, iclasda müzakirənin əsas mövzularından biri konqresin sonrakı dövrdə dünyanın inkişafındakı rolu, həmçinin qurultay katibliyinin iclasında dünya dini liderlərinin qurultayının dəqiq tarixləri müəyyənləşəcək.

Qeyd edək ki, Qazaxıstan hökuməti Dünya və Ənənəvi Dini Liderlərin bu ilin iyununda keçirilməsi planlaşdırılan qurultayını 2022-ci ildə təşkil etmək niyyətindədir. Bu, koronavirusun yayılması səbəbindən respublikadakı epidemioloji vəziyyətlə bağlıdır.

Eyni zamanda, koronavirus pandemiyası səbəbindən dinlərarası forum tarixində ilk dəfə təxirə salınıb.

Xatırladaq ki, Nursultan Nazarbayevin təşəbbüsü ilə ilk dəfə 2003-cü ildə Qazaxıstanın paytaxtında keçirilən Dünya və Ənənəvi Din Liderlərinin Konqresi sülh və firavanlığın ümumi dəyərləri naminə müxtəlif konfessiyaların səylərini birləşdirir.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email