Hdq Turkiye Tecrube 241021 4

Hərbi dənizçilərimiz Türkiyədə təcrübə kursunu başa vurublar

Bakı, 24 oktyabr, AZƏRTAC

Azərbaycan Hərbi Akademiyasının Hərbi Dənizçilik fakültəsini bitirən leytenantlar Türkiyədə keçirilən Hərbi Dəniz Qüvvələrinin freqatlarında hərbi dəniz təcrübə kursunu başa vurublar.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin tviter hesabında məlumat verilib.

Qeyd edək ki, Türkiyədə kursda iştirak edən Azərbaycan hərbi dənizçilərinin buraxılış mərasimi oktyabrın 20-də keçirilib.

Amfibiya Missiyası Qrupu Komandanlığında keçirilən kurslar sentyabrın 20-dən oktyabrın 15-dək davam edib. Kursu bitirənlərə Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı tərəfindən sertifikat verilib.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email