16384533235248429875 1000x669

Türkiyə noyabrda ixracda rekord həddə çatıb

Istanbul, 2 dekabr, AZƏRTAC

Türkiyənin ixracı noyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə 33,4 faiz artaraq 21,5 milyard ABŞ dolları təşkil edib. Bu, qardaş ölkənin aylıq ixrac göstəricilərinə görə ən yüksək rəqəmdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Mehmet Muş mediaya acıqlamasında bildirib.

İllik bazada ölkə ixracının 221 milyard dollar, yanvar-noyabr ayları ərzində isə 203,1 milyard dolar təşkil etdiyini deyən nazir bu rəqəmin pandemiyadan əvvəlki, 2019-cu ilin göstəricilərindən dəfələrlə yüksək olduğunu bildirib.

Qeyd edilib ki, son 11 ay ərzində Türkiyənin xarici ticarət kəsiri əvvəlki ilə nisbətən 13,6 faiz azalaraq 39,2 milyard dollara düşüb.

Son günlər Türkiyədə valyuta məzənnələrində baş verən dalğalanmalar haqqında danışan nazir deyib: “Bunun vətəndaşlarımıza təsirinin minimuma endirilməsi üçün maksimum səy göstəririk. Biz heç vaxt işçilərimizi inflyasiyaya məruz qoymayacağıq. Türkiyə dünya ticarətində güclü təchizatçı və təhlükəsiz limandır. Bazarlardakı bu müvəqqəti dalğalanmaları da aradan qaldıracağıq”.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email