165581926390251698_1000x669

Ötən il Azərbaycan ilə Özbəkistan arasında ticarət dövriyyəsi 36 faizə yaxın artıb

Bakı, 21 iyun, AZƏRTAC

İyunun 21-də isə Azərbaycan-Özbəkistan biznes-forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, forumu açan Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Jalə Hacıyeva eyni kökün, eyni mədəniyyətin daşıyıcısı olan iki xalq arasında iqtisadi əməkdaşlığın ildən-ilə yüksəldiyini bildirib.

“İyunun 20-sində Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri oldu və bu səfər ölkələrimiz arasında iqtisadi əməkdaşlıqda yeni imkanlar açır. Bu gün Özbəkistanın 20 iş adamı Bakıda keçiriləcək B2B görüşlərə qatılıb. Bu çox sevindirici haldır və biznes nümayəndələrinin qarşılıqlı əməkdaşlıqda maraqlarının yüksək olduğunu göstərir”, – deyə Jalə Hacıyeva vurğulayıb.

O qeyd edib ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi son 5 ildə 6 dəfə artıb. Belə ki, ötən il ticarət dövriyyəsi 12 milyon dollar təşkil edib və 2020-ci illə müqayisədə 35,98 faiz artıb. Həmçinin idxalın həcmində 32,48 faiz, ixracın həcmində isə 44,95 faiz artım olub.

Özbəkistan Ticarət və Sənaye Palatasının sədr müavini Farhodjon Toşpulatov bildirib ki, Özbəkistanda Azərbaycan kapitallı 234 şirkət fəaliyyət göstərir və onların çoxu turizm, kənd təsərrüfatı və digər xidmət sahələrində çalışır.

“İnanırıq ki, bu forum da ölkələrimiz arasında yeni iqtisadi əməkdaşlıq imkanları yaradacaq”, – deyə Toşpulatov qeyd edib.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email