Oan

Azərbaycan və Qazaxıstanın dövlət arxivləri arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Bakı, 10 avqust, AZƏRTAC

Avqustun 10-da Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi tabeliyində Arxiv İşi və Sənədlərin İdarə edilməsi Departamentinin Mərkəzi Dövlət Elm və Texnika Sənədləri Arxivinin direktoru Bayan Jumatayevanın rəhbərlik etdiyi nümayəndə heyəti Milli Arxiv İdarəsində olub.

İdarədən AZƏRTAC-a bildirilib ki, Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulovla keçirilən görüş zamanı Azərbaycanın dövlət arxivləri ilə Qazaxıstanın dövlət arxivləri arasında əməkdaşlıq perspektivləri, birgə layihələrin reallaşdırılması, təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

Azərbaycan arxivləri ilə əlaqələrin qurulması, təcrübə mübadiləsi məsələlərinin həllinin hər iki ölkənin arxiv təşkilatlarının gələcək fəaliyyətinə müsbət təsir edəcəyini bildirən qonaqlar əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər.

Sonra qonaqlar Respublika Dövlət arxivlərində sənədlərin mühafizə şəraiti ilə, həmçinin Qazaxıstan Respublikasının tarixi, siyasi-iqtisadi və mədəni həyatına aid olan sənədlərlə tanış olublar.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email