Oan

Türkiyə Milli Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib

Ankara, 29 sentyabr, AZƏRTAC

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.

İclasda Türkiyə üçün xüsusi əhəmiyyət daşıyan gündəlikdə olan mühüm məsələlər barədə məlumatlar dinlənilib. Türkiyənin davamlı sülhə nail olmaq üçün ciddi səylər göstərən Azərbaycana güclü dəstək verdiyi bildirilib. Bölgə ölkələri başda olmaqla məsələyə müdaxilə edən bütün aktorlara mövcud anlaşılmazlıqları dərinləşdirmək əvəzinə birdəfəlik həllə səmimiyyətlə təsir göstərməyin əhəmiyyətli olduğu vurğulanıb. O cümlədən, PKK/KCK-PYD/YPG-SDG, FETÖ və İŞİD terror təşkilatlarına qarşı ölkə daxilində və dövlət sərhədlərindən kənarda həyata keçirilən antiterror əməliyyatlara toxunulub.

Eyni zamanda Türkiyənin xarici siyasətinə bağlı olan bütün istiqamətlərə dair məlumatlar dinlənilib. Həmçinin Yunanıstanı qeyri-hərbi statuslu adalarda silahlanmağa təhrik edən tərəflər sağlam düşüncəyə dəvət edilib.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email