Oan

“Füzuli Mərkəzi Parkı”nın torpaq nümunələri Türkiyədə laboratoriya analizindən keçiriləcək

Bakı, 1 oktyabr, AZƏRTAC

İşğaldan azad olunmuş Füzuli şəhərində burada yaradılacaq “Mərkəzi Park”ın salınması ilə bağlı görüş keçirilib.

Qarabağ Dirçəliş Fondundan AZƏRTAC-a bildiriblər ki, görüşdə Fondun, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN), Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, eyni zamanda, ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin nümayəndələri iştirak ediblər.

Görüş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qarabağ Dirçəliş Fondunun birgə təşəbbüsü əsasında təşkil olunub. Qonaqlara “Füzuli Mərkəzi Park” layihəsi ilə bağlı ətraflı məlumat verilib, mövzu ilə bağlı müvafiq müzakirələr aparılıb.

Daha sonra park ərazisinə aid olan müxtəlif yerlərdən torpaq nümunələri götürülüb. Həmin nümunələr Türkiyədə yerləşən müasir laboratoriyada aparılacaq analizlərinin nəticəsinə əsasən, parkda əkilməsi üçün ərazinin iqlim şəraitinə uyğun olan ağac növlərinin müəyyənləşdirilməsinə töhfə verəcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva cari il mayın 10-da “Füzuli Mərkəzi Park” kompleksinin ərazisində ağac əkiblər. Dövlətimizin başçısına və birinci xanıma parkda görüləcək işlər barədə məlumat verilib.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email