Oan

Şuşa Bəyannaməsi haqqında kitab Bişkekdə dörd dildə nəşr edilib

Bakı, 3 oktyabr, AZƏRTAC

Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi barədə kitab “Uluu Toolor” nəşriyyatında 4 dildə nəşr edilib.

AZƏRTAC xəbər verir ki, kitaba Bəyannamənin Azərbaycan, türk, rus və qırğız dillərində tam mətni daxil edilib.

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin mətni, Bəyannamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu, Türkiyə Böyük Millət Məclisində Şuşa Bəyannaməsinin təsdiqlənməsi, Türkiyə Prezidentinin Bəyannamənin təsdiqlənməsi barədə qərarı, Türkiyə Prezidenti Şuşa Bəyannaməsinin “Rəsmi Qəzet”də dərc edilərək qüvvəyə minməsi haqqında qərarı imzalaması, Milli Məclisin Bəyannaməni təsdiqləməsi haqqında AZƏRTAC-ın materialları kitabda yer alıb.

Bundan başqa nəşrdə Azərbaycan və türk diasporlarının birlikdə addımlar atmasını, həmrəylik göstərməsini təşviq etdiyini göstərən geniş məqalə yer alıb.

Xüsusilə qeyd edək ki, kitabda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “CNN Türk” televiziya kanalına verdiyi müsahibə tam şəkildə dərc olunub.

Bundan başqa nəşrdə Bəyannamənin tarixi-siyasi əhəmiyyəti və regional təhlükəsizliyi qoruyacaq faktları özündə əks etdirən “Şuşa Bəyannaməsinin əhəmiyyəti” adlı geniş məqalə də yer alıb.

Qeyd edək ki, Fond geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabı öz ənənəsinə sadiq qalaraq pulsuz yayacaq.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email