Oan

Özbəkistanlı alim: Ədəbiyyat Muzeyi bizdə böyük təəssürat yaratdı

Bakı, 28 noyabr, AZƏRTAC

Özbəkistan Respublikasının alimləri Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olublar.

Bu barədə AZƏRTAC-a Ədəbiyyat Muzeyindən məlumat verilib. Bildirilib ki, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti, Miqumi adına Kokand Dövlət Pedaqoji İnstitutu, Özbəkistan Milli Elmlər Akademiyası, Mirzə Uluğbəy adına Özbəkistan Milli Universiteti və Ürgənc Dövlət Universitetinin ədəbiyyatşünas alimləri Ədəbiyyat Muzeyinin geniş ekspozisiya zalları ilə tanış olublar.

Özbək alimləri izahatçı, filologiya üzrə fəlsəfə doktoru Gülnar Əqiqin qədim Şərq, Azərbaycan və türk dünyası ədəbiyyatının dəyərli bədii örnəkləri haqqında ətraflı izahatını dinləyərək fikir mübadiləsi aparıblar.

Daha sonra Qonaqlar Nizami Gəncəvi poemasının özbək dilinə tərcüməsi, özbək ədəbiyyatı, memarlığı haqqında kitabları muzeyin fonduna hədiyyə ediblər.

Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin Özbək ədəbiyyatı tarixi kafedrasının müdiri filologiya elmləri doktoru, professor Nurboy Cabbarov həmkarlarının adından təəssüratlarını muzeyin rəylər kitabında belə bölüşüb: “Böyük mütəfəkkir Nizami Gəncəvinin adını daşıyan Milli Azərbaycan Ədəbiyyatı Muzeyi türk dünyasının müştərək ədəbiyyatının özünəxas aynasıdır. Muzey bizdə böyük təəssürat yaratdı”.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email