Bakı, 29 noyabr, AZƏRTAC
İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri, Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini Batır Atdayevlə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə nazir məlumat verib.
“Görüşdə iki ölkə arasında əlaqələrin inkişafını məmnunluqla vurğuladıq və sıx münasibətlərin iqtisadi əməkdaşlığımız üçün yaratdığı imkanlar barədə danışdıq”, – deyə nazir qeyd edib.