Oan

İstanbulun Çırağan Sarayında yanğın baş verib

İstanbul, 9 dekabr, AZƏRTAC

İstanbulun Çırağan Sarayında yanğın baş verib.

AZƏRTAC xəbər verir ki, hadisə yerinə çox sayda yanğınsöndürən briqada cəlb olunur.

Yanğının səbəbləri hələ ki, bəlli deyil.

İlkin məlumata əsasən, yanğının sarayın otel hissəsində baş verdiyi bildirilir. Bölgədəki küçələrdə nəqliyyatın hərəkəti tamamilə dayandırılıb.

Qeyd edək ki, İstanbulun Beşiktaş və Ortaköy rayonları arasında yerləşən bu tarixi Osmanlı sarayı 1863-1867-ci illərdə inşa olunub.

Bu makaleyi paylaş

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin
Share on pinterest
Share on print
Share on email