Kategoriler
Azertac

Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikası Joqorku Keneşinin sədr müavini ilə görüşüb

Bakı, 16 may, AZƏRTAC

Mayın 16-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Qırğız Respublikası Joqorku Keneşinin sədr müavini Ulan Primovla görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, parlamentin sədri qonağı salamlayaraq, Azərbaycanın Qırğızıstanla əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib. Spiker qeyd edib ki, Azərbaycan və qırğız xalqları ortaq tarixə, mədəni və mənəvi dəyərlərə malikdirlər. Ölkələrimiz müstəqillik əldə etdikdən sonra münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Yüksək səviyyəli siyasi dialoq əməkdaşlığımızın həyatın digər sahələrində də dərinləşməsinə öz təsirini göstərir.

Parlamentlərarası əlaqələrdən söz açan spiker hər iki ölkənin qanunvericilik orqanları arasında münasibətlərin dərinləşməsinin ümumi mənafelərə xidmət etdiyini söyləyib. O bildirib ki, deputatlarımız beynəlxalq təşkilatlar çərçivəsində mütəmadi olaraq görüşür, səmərəli fəaliyyət göstərirlər. Bu baxımdan, Qırğızıstan nümayəndə heyətinin Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransına qatılmasını Milli Məclisin sədri yüksək dəyərləndirib, konfransda müzakirə olunacaq məsələlərin əhəmiyyətindən danışıb.

Spiker İƏT PA-nın Üçüncü Ümumi Konfransında iştirak edəcək nümayəndə heyətləri rəhbərlərinin Şuşaya səfərindən söz açaraq, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən danışıb. O bildirib ki, Şuşa nəinki Azərbaycanın mədəniyyət paytaxtıdır, həm də bütün türk dünyasının ayrılmaz bir parçasıdır.

Sahibə Qafarova qeyd edib ki, vaxtilə işğal altında olan torpaqlarımızda Ermənistan tərəfi bütün şəhər və qəsəbələri dağıdıb, yaşayış məskənlərini viran qoyub. İndi isə azad olunmuş ərazilərimizdə sürətli quruculuq və bərpa işləri aparılır. Spiker bölgəyə səfər zamanı qonaqların bütün bunların canlı şahidi olacaqlarını söyləyib.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Qırğız Respublikası Joqorku Keneşinin sədr müavini Ulan Primov ölkəmizə səfərindən və Azərbaycan parlamentində olmağından məmnunluğunu ifadə edib. İƏTPA-nın Üçüncü Ümumi Konfransında iştiraka dəvətə görə qonaq Milli Məclisin sədrinə təşəkkür edib. O qeyd edib ki, qırğız xalqının Azərbaycan xalqı ilə ümumi ortaq dəyərləri var. Bu mənəvi yaxınlıq əlaqələrimizin inkişafı üçün yaxşı zəmin yaradır. Dövlət başçılarımızın səfərləri və görüşləri, yüksək səviyyəli nümayəndə heyətlərinin müxtəlif platformalarda həyata keçirdikləri görüşlər tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından çox önəmlidir.

Qonaq parlamentlərarası əlaqələrin iqtisadi, mədəni, humanitar sahələrdə münasibətlərin dərinləşməsinə də müsbət təsir edəcəyinə inamını ifadə edib.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Kategoriler
Azertac

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri ilə görüşüb

Bakı, 16 may, AZƏRTAC

Mayın 16-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, parlamentin sədri qonaqları səmimi salamlayaraq, bu səfərin ölkələrimiz və qanunverici orqanlarımız arasında əlaqələrin inkişafına töhfə verəcəyinə inamını ifadə edib. Spiker bildirib ki, ali və yüksək səviyyəli səfərlər zamanı aparılan danışıqlar və imzalanmış sənədlər münasibətlərimizin daha da dərinləşməsinə möhkəm zəmin yaradıb. Azərbaycan və Özbəkistan dost, qardaş ölkələrdir. Xalqlarımızı birləşdirən ortaq mədəni, mənəvi dəyərlər əlaqələrimizin daha da inkişafına yaxşı zəmin yaradır.

Sahibə Qafarova dövlətlərarası münasibətlər sistemində parlamentlərin rolundan danışaraq, hər iki ölkə deputatlarının beynəlxalq platformalarda səmərəli fəaliyyətini qeyd edib. Bildirib ki, deputatlarımız TÜRKPA, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası kimi qurumların işində yaxından iştirak edirlər. Bu cür tədbirlər çərçivəsində keçirilən görüşlər tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından çox önəmlidir. Milli Məclisin sədri hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərməsinin təqdirəlayiq olduğunu söyləyib. O qeyd edib ki, deputatlarımızın qarşılıqlı səfərləri təcrübə və informasiya mübadiləsi baxımından önəmlidir.

Söhbət zamanı Sahibə Qafarova qeyd edib ki, Özbəkistan nümayəndə heyəti ölkəmizə rəsmi səfəri çərçivəsində İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında da iştirak edəcək, konfransda müzakirə olunacaq məsələlərə münasibətini bildirəcək.

Görüşdə Milli Məclisin sədri 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Zəfərdən danışaraq vurğulayıb ki, Azərbaycan Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 30 il Ermənistanın işğalı altında qalmış torpaqlarını, həmçinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşanı öz gücü ilə azad edərək böyük bir Zəfərə imza atdı. Sahibə Qafarova bu gün işğaldan azad olunmuş ərazilərimizdə böyük quruculuq və abadlıq işlərinin aparıldığını diqqətə çatdırıb.

Səmimi görüş üçün minnətdarlığını bildirən Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilov ölkəmizə səfərindən və burada gördüyü qonaqpərvərlikdən məmnunluğunu ifadə edib. O, hər iki ölkənin müstəqillik əldə etdikdən sonra münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini diqqətə çatdırıb. Yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrimizin daha da dərinləşməsinə xidmət edir.

Nurdinjon İsmoilov hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyətini parlamentlərarası əlaqələrin inkişafı kontekstində müsbət dəyərləndirib. Qeyd edib ki, bu sahədə əməkdaşlığı dərinləşdirmək üçün yaxşı imkanlar mövcuddur. Qonaq deputatlarımızın beynəlxalq qurumlarda birgə fəaliyyətinin, o cümlədən İƏT PA-da iştirakının əhəmiyyətindən danışıb. Bildirib ki, İƏT PA-nın Bakıda keçiriləcək Üçüncü Ümumi Konfransında müzakirə olunacaq məsələlər quruma üzv dövlətləri düşündürən məsələlər barədə fikir mübadiləsi aparmaq baxımından önəmlidir.

Qonaq Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfəri yüksək dəyərləndirib, Azərbaycandakı inkişafdan məmnunluğunu ifadə edib.

Görüşdə Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Eldar İbrahimov, deputatlar Ağalar Vəliyev, Afət Həsənova, Aqiyə Naxçıvanlı, ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev, Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov və digər rəsmi şəxslər iştirak ediblər.

Sonra Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilov Milli Məclisin Xatirə kitabına ürək sözlərini yazıb.

Kategoriler
Azertac

Sahibə Qafarova: Azərbaycan və Türkiyənin əldə etdiyi uğurlar hər iki ölkənin beynəlxalq nüfuzunun daha da artmasına xidmət edir

Bakı, 17 may, AZƏRTAC

Mayın 16-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Qırğız Respublikası Joqorku Keneşinin sədr müavini Ulan Primovla görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, parlamentin sədri qonağı salamlayaraq, Azərbaycanın Qırğızıstanla əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib. Spiker qeyd edib ki, Azərbaycan və qırğız xalqları ortaq tarixə, mədəni və mənəvi dəyərlərə malikdirlər. Ölkələrimiz müstəqillik əldə etdikdən sonra münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Yüksək səviyyəli siyasi dialoq əməkdaşlığımızın həyatın digər sahələrində də dərinləşməsinə öz təsirini göstərir.

Parlamentlərarası əlaqələrdən söz açan spiker hər iki ölkənin qanunvericilik orqanları arasında münasibətlərin dərinləşməsinin ümumi mənafelərə xidmət etdiyini söyləyib. O bildirib ki, deputatlarımız beynəlxalq təşkilatlar çərçivəsində mütəmadi olaraq görüşür, səmərəli fəaliyyət göstərirlər. Bu baxımdan, Qırğızıstan nümayəndə heyətinin Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransına qatılmasını Milli Məclisin sədri yüksək dəyərləndirib, konfransda müzakirə olunacaq məsələlərin əhəmiyyətindən danışıb.

Spiker İƏT PA-nın Üçüncü Ümumi Konfransında iştirak edəcək nümayəndə heyətləri rəhbərlərinin Şuşaya səfərindən söz açaraq, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərdən danışıb. O bildirib ki, Şuşa nəinki Azərbaycanın mədəniyyət paytaxtıdır, həm də bütün türk dünyasının ayrılmaz bir parçasıdır.

Sahibə Qafarova qeyd edib ki, vaxtilə işğal altında olan torpaqlarımızda Ermənistan tərəfi bütün şəhər və qəsəbələri dağıdıb, yaşayış məskənlərini viran qoyub. İndi isə azad olunmuş ərazilərimizdə sürətli quruculuq və bərpa işləri aparılır. Spiker bölgəyə səfər zamanı qonaqların bütün bunların canlı şahidi olacaqlarını söyləyib.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Qırğız Respublikası Joqorku Keneşinin sədr müavini Ulan Primov ölkəmizə səfərindən və Azərbaycan parlamentində olmağından məmnunluğunu ifadə edib. İƏTPA-nın Üçüncü Ümumi Konfransında iştiraka dəvətə görə qonaq Milli Məclisin sədrinə təşəkkür edib. O qeyd edib ki, qırğız xalqının Azərbaycan xalqı ilə ümumi ortaq dəyərləri var. Bu mənəvi yaxınlıq əlaqələrimizin inkişafı üçün yaxşı zəmin yaradır. Dövlət başçılarımızın səfərləri və görüşləri, yüksək səviyyəli nümayəndə heyətlərinin müxtəlif platformalarda həyata keçirdikləri görüşlər tərəfləri maraqlandıran məsələlərin müzakirəsi baxımından çox önəmlidir.

Qonaq parlamentlərarası əlaqələrin iqtisadi, mədəni, humanitar sahələrdə münasibətlərin dərinləşməsinə də müsbət təsir edəcəyinə inamını ifadə edib.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Kategoriler
Azertac

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycana səfərə gəlib

Bakı, 16 may, AZƏRTAC

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun rəhbərlik etdiyi nümayəndə heyəəti İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında iştirak etmək üçün mayın 16-da Azərbaycan Respublikasına səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopu Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov və digər rəsmi şəxslər qarşılayıblar.

Kategoriler
Azertac

Azərbaycan millisi ilə oyun öncəsi Qazaxıstan daha bir itki ilə üzləşib

Bakı, 16 may, AZƏRTAC

Qazaxıstanın “Turan” futbol klubunun kapitanı Azat Nurqaliyev zədələnib.

AZƏRTAC xəbər verir ki, bu səbəbdən yarımmüdafiəçi Qazaxıstan millisinin Azərbaycanla Millətlər Liqasının oyununu buraxmalı olacaq. O, dizindən aldığı zədə səbəbindən uzun müddət kollektivdən ayrı qalacaq. Otuz beş yaşlı oyunçunun hətta mövsümü başa vurmaq riski də var. A.Nurqaliyevin Millətlər Liqasının ilk oyunlarında iştirak etməyəcəyi dəqiqləşib.

Qazaxıstan C Liqasının üçüncü qrupundakı ilk oyununu iyunun 3-də “Astana Arena”da Azərbaycan millisinə qarşı keçirəcək.

Qazaxıstan millisinin müdafiəçisi Nurlan Dairov da zədə ucbatından millimizlə oyunu buraxacaq.

Kategoriler
Azertac

İsveç NATO-ya üzvlüklə bağlı danışıqlar üçün Türkiyəyə nümayəndə heyəti göndərəcək

Bakı, 16 may, AZƏRTAC

İsveç hökuməti krallığın NATO-ya qəbul edilməsi ilə bağlı mövcud anlaşmazlıqların həlli üçün Türkiyəyə nümayəndə heyəti göndərəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə SVTS telekanalı İsveçin müdafiə naziri Petr Hultkvistə istinadla məlumat yayıb.

“Ankara ilə müzakirələr aparmaq üçün bir qrup rəsmi şəxsi Türkiyəyə göndərəcəyik. Biz məsələnin nədən qaynaqlandığını və necə həll olunacağını nəzərdən keçirəcəyik. Lakin NATO-dan aldığımız siqnallar ondan ibarətdir ki, həm İsveçin, həm də Finlandiyanın alyansa qəbul edilməsi barədə razılıq əldə olunub”, – deyə Petr Hultkvist bildirib.

Mayın 16-da İsveç parlamentində NATO-ya üzvlük məsələsi barədə debatlar keçiriləcək. Həmçinin İsveç hökuməti alyansa daxil olmaq barədə ərizəni təsdiqləmək üçün bir araya gələcək. “Müraciətin nə vaxt göndəriləcəyini dəqiq deyə bilmərəm, lakin qərar bu gün veriləcək”, – deyə Petr Hultkvist əlavə edib.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Finlandiya və İsveçin NATO-ya daxil olması imkanını müsbət hesab etmədiyini deyib. Onun sözlərinə görə, Skandinaviya ölkələri terror təşkilatları, o cümlədən Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası (PKK) üçün “qonaq evidir”. Həmçinin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə vətəndaşlarının əksəriyyətinin bu ölkələrin NATO-ya daxil olmasını istəmədiyini və Ankaradan prosesin qarşısını almağı xahiş etdiyini bildirib. O, bu məsələni alyansdakı müttəfiqləri, eləcə də Helsinki və Stokholmla müzakirə etmək niyyətində olduğunu vurğulayıb.

Kategoriler
Azertac

Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Bakı, 16 may, AZƏRTAC

İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında iştirak etmək üçün Azərbaycanda səfərdə olan Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi nümayəndə heyəti mayın 16-da Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn Özbəkistan nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Kategoriler
Azertac

Qırğızıstan portalında Azərbaycan Prezidentinin Türkiyəyə işgüzar səfəri ilə bağlı yazı yerləşdirilib

Bişkek, 16 may, AZƏRTAC

Qırğızıstandakı “turktoday.info” portalı öz səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfəri ilə bağlı AZƏRTAC-ın materiallarını rus dilində yerləşdirib.

Portal bildirir ki, dövlət başçıları Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak ediblər.

Sayt yazır ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.

Görüşdə Azərbaycanla Türkiyə arasında ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib.

Söhbət zamanı siyasi əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib, bu baxımdan Şuşa Bəyannaməsinin önəmi xüsusi vurğulanıb.

Qeyd olunub ki, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı Prezident İlham Əliyevə ulu öndər Heydər Əliyevlə görüşlərini əks etdirən fotoları və üzərində “Qarabağ Fatehi” yazısı olan tapança hədiyyə edib.

Bildirilir ki, sonra Rize-Artvin Hava Limanının təntənəli açılış mərasimi keçirilib, Dövlət başçıları mərasimdə çıxış ediblər.

Portal Azərbaycan Prezidenti İlham Əliyevin mərasimdəki çıxışını da tam olaraq verib.

Sayt yazır ki, təməli 2017-ci il aprelin 3-də Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulan Rize-Artvin Hava Limanı Türkiyədə Ordu-Giresun aeroportundan sonra dənizin doldurularaq inşa edildiyi ikinci, dünyada isə beşinci hava limanıdır.

Kategoriler
Azertac

Dilçilik İnstitutunun əməkdaşları 5-ci Türk Dili və Ədəbiyyatı Qurultayında iştirak ediblər

Bakı, 16 may, AZƏRTAC

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva, Müasir Azərbaycan dili şöbəsinin müdiri filologiya elmləri doktoru, professor İsmayıl Kazımov və Azərbaycan dialektologiyası şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Kübra Quliyeva Elginkan Vəqfinin Türkiyənin İstanbul şəhərində keçirdiyi 5-ci Türk Dili və Ədəbiyyatı Qurultayında iştirak edib, sertifikatla təltif olunublar.

Bu barədə AZƏRTAC-a Dilçilik İnstitutundan bildirilib. Qurultayda Dilçilik İnstitutunun əməkdaşları “Türkiyə türkcəsinin dialektlərində zərf-feil şəkilçiləri və onların işlənmə xüsusiyyətləri haqqında”, “Azərbaycan türkcəsində jarqon gizli danışıq dili kimi”, dosent Kübra Quliyeva “Dialektşünaslıq və dialekt atlaslarında yeni tendensiyalar” mövzularında məruzə ilə çıxış ediblər.

Məruzələr qurultay iştirakçılarının marağına səbəb olub. Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qurultayda 9 ölkədən 43 dilçi-alim iştirak edib.

Kategoriler
Azertac

Prezident İlham Əliyev Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Bakı, 16 may, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasının sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.